Bu bürclər pula qənaət edə bilmirlər

Bu bürclər pula qənaət edə bilmirlər
Sosial 154

Astroloqların müşahidələrinə görə, bəzi bürclər emosional qərarlar və impulsiv davranışları səbəbindən pul yığımında çətinlik çəkirlər. Onlar qazanmağı bacarsalar da, xərcləməkdən özlərini saxlaya bilmirlər.

BAKU.WS-in məlumatına görə, ən çox pul saxlamaq problemi yaşayan bürclər aşağıdakılardır:

Qoç – Hər gördüyünü almaq istəyən, ani qərarlarla hərəkət edən Qoçlar çox vaxt büdcəni planlaşdırmır. Onlar üçün əsas olan arzularını dərhal yerinə yetirməkdir.

Əkizlər – Maraqları tez-tez dəyişdiyi üçün Əkizlər gah texnologiyaya, gah geyimə, gah da hobbilərə xeyli pul xərcləyə bilirlər. Uzunmüddətli plan qurmaq onlar üçün çətindir.

Şir – Lüksə və komforta sevgisi ilə tanınan Şirlər bəzən özlərini göstərmək üçün planlaşdırılmamış xərclər edirlər. Onlar keyfiyyət və brendə üstünlük verirlər.

Tərəzi – Gözəllik və estetikaya bağlılıqları səbəbindən Tərəzilər tez-tez alış-verişə meylli olurlar. Çox vaxt "özümə hədiyyə" düşüncəsi ilə büdcələrini aşa bilirlər.

Astroloqlar qeyd edir ki, bu bürclər üçün əsas problem qazancın az olması deyil, pulun idarə edilməsindəki impulsivlikdir. Mütəxəssislər büdcə planı, aylıq limitlər və alış-veriş siyahısı kimi üsullarla bu vərdişləri nəzarətə almağın mümkün olduğunu bildirirlər.

Son xəbərlər