Bu ay 8 milyon tibbi maska istehsal olunacaq

Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Sosial 95

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında 8 milyon tibbi maska istehsal etməyi planlaşdırır.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, müəssisə gündə 400 min tibbi maska istehsal edir:

“Tibbi maskalara tələbat gündən-günə artır. Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir”.

O bildirib ki, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər