Azərbaycanda istehsal olunan tibbi maskalar nə vaxtdan satışa çıxarılacaq? - AÇIQLAMA

Azərbaycanda istehsal olunan tibbi maskalar nə vaxtdan satışa çıxarılacaq? - AÇIQLAMA
Foto
Sosial 741

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

BAKU.WS-in "APA-Economics"ə istinadla verdiyi məlumata görə, bunu sözügedən müəssisəyə təşkil olunmuş media-tur çərçivəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artıq yerli istehsalın işə salınması idxaldan asılılığı aradan qaldıracaq.

"Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilinə zəmin yaratdı", - deyə nazir müavini qeyd edib.

Media-tura qatılmış "Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq: "Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər