Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
İyunda vətəndaşları bir sıra ardıcıl bayram və istirahət günləri gözləyir.
BAKU.WS xəbər verir ki, təqvimə əsasən, iyunun 6 və 7-si Qurban bayramı münasibətilə qeyri-iş günləri elan olunub. 7 iyun şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin müvafiq maddələri və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, beşgünlük iş rejimində çalışanlar üçün 9 iyun (bazar ertəsi) də istirahət günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlaqədar ölkə vətəndaşları 4 gün – 6-dan 9 iyuna qədər fasiləsiz istirahət imkanı əldə edəcəklər.
İyunda digər rəsmi bayramlar da mövcuddur. 15 iyun – Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən, bu münasibətlə 16 iyun tarixi də əlavə qeyri-iş günü kimi müəyyən olunub. Ayın sonunda isə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə daha bir istirahət günü vətəndaşların ixtiyarında olacaq.
Ümumilikdə, iyun ayında istirahət günlərinin sayı artaraq 13-ə çatacaq. Bu günlərə şənbə və bazar günləri də daxildir.
Oxşar xəbərlər
"Dediyim olmalıdır" deyən bürclər hansılardır?
Astroloqların fikrincə, bəzi bürclər xarakter etibarilə daha qətiyyətli, israrcı və lider ruhlu olurlar. Bu xüsusiyyətlər isə onların münasibətlərdə və gündəlik...