Bu avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər

Son zamanlar sükanı sağdan sola keçirilmiş avtomobillərin ölkəyə gətirilməsi halları artıb. Buna səbəb isə orijinalına nisbətən daha ucuz başa gəlməsidir. Amma ekspertlər deyirlər ki, bu cür avtomobillərin qəza və alışıb yanma riski çoxdur.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, ekspertlərin sözlərinə görə, son illərdə qiyməti nisbətən ucuz olan, sükanı sağdan sola keçirilmiş avtomobillərdə belə hallara tez-tez rast gəlinir.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sükanı sağdan sola keçirilmiş avtomobillərin qəza riski həddindən artıq çoxdur.
Ekspert hesab edir ki, sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər. Almaqda maraqlı olmalarına səbəb isə həmin avtomobillərin qiymətinin sükanı solda olanlarla müqayisədə ucuz olmasıdır.
Xatırladaq ki, Azərbaycana sükanı sağda olan avtomobillərin gətirilməsi 1998-ci ildən qadağandır. Amma həmin ildən tez keçirilən avtomobillərin isə istismarında heç bir qadağa yoxdur.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək
Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçiril...
