BŞİH məktəb yarmarkası keçirməkdən imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəb ləvazimatlarının satışını həyata keçirmək üçün yarmarkaların təşkili planlaşdırılmır.
Bu barədə məlumatı BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib. "Mövcud sanitar epidemioloji vəziyyəti nəzərə alaraq bu il tədris yarmarkalarını quraşdırılması gözlənilmir".
Xatırladaq ki, məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün yarmarkaların təşkil olunması metodundan istifadə oluna biləcəyini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində demişdi. H.Hacıyev qeyd etmişdi ki, böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur".
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...