Valideynlər məktəb alış-verişini haradan etsinlər? RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Valideynlərin alış-verişinin təşkil edilməsi ilə əlaqədar əvvəlki təcrübələrdə olduğu kimi müəyyən yarmarkalar təşkil oluna bilər ".
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, bu yolla valideynlər valideynlər uşaqlarının tədrisi ilə əlaqədar alış-verişləri həyata keçirə biləcək: "Amma bu heç bir halda inkar etmir ki, iri ticarət mərkəzlərinin açılması ilə əlaqədar hər hansı qərarlar olmayacaq. Bu məsələ əlavə müzakirə mövzusudur.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Orta məktəblərin açılması məsələsinə baxılır
Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur. BAKU.WS-in məlumat...