“Britaniya ştammı”nın əsas xüsusiyyəti məlum oldu

“Britaniya ştammı”nın əsas xüsusiyyəti məlum oldu
Sosial 360

İsveç və Hindistan alimləri koronavirusun “Britaniya ştammı”nın xarakterini izah ediblər.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tədqiqat “bioRxiv”də yayımlanıb.

SARS-CoV-2 koronavirusunun “Britaniya ştammı” çinli sələfindən 29 mutasiya ilə fərqlənir və ondan dəfələrlə sürətlə mutasiyaya uğrayır.

“Britaniya ştammı”nın müəyyən edilmiş xüsusiyyətlərindən bir çoxu hüceyrələrdəki reseptorlarla daha asan bağlanma qabiliyyəti ilə əlaqələndirilir.

Alimlərin fikrincə, o, artıq istifadəyə verilmiş peyvəndlərin təsirindən yayınma qabiliyyətinin mümkünlüyünə görə daha təhlükəli ola bilər.

"Britaniya ştammı"nın klassik variantdan təxmini ötürülmə dərəcəsi 70 faiz, reproduksiya sayı isə 0,4-dən daha çoxdur.

Koronavirusun bu növü anticisimlərlə neytrallaşdırmaqdan qaça və peyvəndlərin təsirini azalda bilər.

Eyni zamanda, “Britaniya ştammı” çox sayda mutasiyaya görə daha zəif olmalıdır və xəstələr onu daha yüngül keçirməlidirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər