Böyükşor gölü ətrafındakı parkda nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
17
noy
2025
18:15
Paytaxtın Böyükşor gölünün yaxınlığında yerləşən parkda havada müşahidə olunan qəribə vəziyyət sakinlərin narahatlığına səbəb olub.
BAKU.WS-in məlumtına görə, bu iddia ilə sakinlərdən biri sosial şəbəkədə paylaşımı zamanı danışıb.
O qeyd edib ki, parkda idman edərkən havada göz yandıran, nəfəs almağı çətinləşdirən kəskin vəziyyət müşahidə edib. Bunun nəticəsində burnu tutulub və gözləri yaşarıb.
Mövcud iddia ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirlikdən BAKU.WS-ə bildirildi ki, ərazidəki vəziyyət araşdırılacaq.
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda küçələrin birində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR
İyunun 22-dən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev prospektindən "8-ci km" bazarınadək) təmir işlərinə başlanılacaq. BAKU.WS...