Böyük Qafqazdakı adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4 301 m) yürüşü təşkil olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar. Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb, dövlət himnini ifa edib və vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.
Oxşar xəbərlər
Leyla Əliyeva bir qrup rusiyalı qadının məktubuna cavab verib
Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsind...