Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir?

Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir?
Video
Sosial 0

Soyad - insanın ümumi bir əcdaddan başlayaraq, müəyyən bir nəslə, soy-kökə və ya ailəyə mənsubluğunu göstərən, nəsildən-nəslə keçən irsi addır.

BAKU.WS xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu boşandıqdan sonra soyadı saxlamaq hüququ ilə bağlıdır.

Boşandıqdan sonra soyadın dəyişdirilməsi məcburidir?

Qanunvericiliyə görə, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.

Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Yəni tərəflərin boşanması zamanı şəxs qarşı tərəfdən soyadının dəyişdirilməsini tələb edə bilməz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər