Bolqarıstanda "Şuşa" parkı salınacaq – Saziş imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına işgüzar səfərdədir.
Komitədən BAKU.WS-ə verilən məlıumata görə, səfər çərçivəsində fevralın 11-də Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bildirilib ki, sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, "Şuşa" parkının salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən edir.
Qalereya
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...