Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir
Foto Video
Sosial 65

Xankəndidə "Zəfər" meydanından yürüş keçirilib.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, yürüş hərbi orksetrin müşayiəti ilə başlayıb.

Xankəndi şəhərində keçirilən tədbiri şəhərdə yaşayan sakinlər və qonaq gələn vətəndaşlar maraqla qarşılayıblar.

***11:00

Laçın şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Laçının Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzi prospekti boyunca müəyyən olunan marşrut üzrə davam edərək başladığı yerdə başa çatıb.

Əsgərlərin nizami yürüşü şəhər sakinlərinin alqışları ilə müşayiət olunub.

***10:39

Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.

***10:26

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.

Son xəbərlər