Bölgələrdə utilizasiya məntəqəsi nə vaxt açılacaq?
Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator - "Semsan" şirkəti reyestrdə qeydiyyata alınıb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət yaxın zamanda Gəncə şəhərində fəaliyyətə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı ilə yanaşı Gəncə şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq.
"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 4 600-ə yaxın nəqliyyat vasitəsi utilizasiya verilib və proqram çərşivəsində indiyə qədər 227 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...