BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"

BNA: 92 avtobusun hərəkət intervalında gecikmələr var
Sosial 5

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 36 müntəzəm marşrut xətti üzrə 92 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 7-8 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

4. Tbilisi prospekti–20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

5. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

6. Zabrat şosesi – şəhər istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

7. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 gecikmə müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər