Bakıda 148 avtobus tıxacda qalıb
Bu gün səhər pik saatlarda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 19 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 52 müntəzəm marşrut xətti üzrə 148 avtobusun hərəkət intervalında gecikmələr var.
1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.
2. Qara Qarayev prospekti Ziya Bünyadov prospekti istiqamətində 1, 7A, 11, 15, 44 və 62 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 11-15 dəqiqə gecikmə ilə hərəkət edir.
3. Bakı-Sumqayıt şosesində - şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində isə 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervalda 11-16 dəqiqə gecikmə var.
4. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə-köməkçi yoldakı nəqliyyat sıxlığı isə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikməyə səbəb olub.
5. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 10-14 ləngiyir.
6. Binəqədi şosesi - Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda gecikmə 9-12 dəqiqədir.
7. Mehdi Hüseyn küçəsi hər iki istiqamətdə 6, 18 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə var.
8. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.
9. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-15 dəqiqə gecikmə ilə hərəkət edir.
10. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə yaranıb.
11. Abdulla Şaiq küçəsi İnşaatçılar prospekti istiqamətində 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.
12. Abbasqulu ağa Bakıxanov küçəsi-Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə var.
13. Zabrat Şosesi-Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.
14. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli avtobuslararası interval 11-15 dəqiqədir.
15. Yavər Əliyev küçəsi Aeroport şosesi istiqamətində 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.
16. Koroğlu Rəhimov küçəsi - hər iki istiqamətində sıxlıq səbəbindən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə müşahidə olunur.
17. Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıqla əlaqədar 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə var.
18. Tbilisi prospekti-20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur.
19. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində 11 və 199 N-li müntəzəm marşrut xətləri üzrə avtobuslar 10-11 dəqiqə gecikmə ilə hərəkət edir.
Oxşar xəbərlər
Bakıda 40-a yaxın müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti ləngiyir
Bu gün səhər pik saatlarda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avt...