Bloqer Mark Kim Azərbaycan dilini öyrənməsindən danışdı
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı bloqer Mark Kim olub.
O, 2005-ci ildə Azərbaycana ilk gəlişində yerli uşaqlarla futbol oynamaq və ünsiyyət qurmaq üçün dilimizi öyrəndiyini söyləyib:
"Uşaqlarla futbol oynamaq üçün dili tez mənimsəməli idim. İlk olaraq söyüşləri öyrəndim, üç aydan sonra isə danışmağa başladım. Daha sonra məktəbdə qrammatikanı öyrəndim, uşaqlar üçün yazılmış kitabları oxudum, cizgi filmlərinə baxdım və beləliklə, dil biliklərimi yavaş-yavaş təkmilləşdirdim".
Bloqer, həmçinin Bakıda qarşılaşdığı geyim tərzi ilə bağlı yaşanan mental yanaşmalardan bəhs edib:
"Mən Özbəkistanda doğulmuşam, amma buraya Moskvadan gəlmişdim. Universitet illərində "şortik" geyindiyim üçün tanımadığım yaşlı kişilər mənə söz atır, şalvar geyinməyimi tələb edirdilər. Halbuki xarici idim, məni turist kimi qəbul edə bilərdilər. Düşünürəm ki, indi belə primitiv mövzular azalıb".
Oxşar xəbərlər
Bakıda boru partladı, küçəni su basdı
Bakının Nizami rayonunda su borusunun partlaması nəticəsində küçəni su basıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsi, 458 ü...