Birotaqlı mənzillərə tələbat artıb - VİDEO

Bakıda son illər daşınmaz əmlakın kəskin bahalaşması fonunda kiçik həcmli mənzillərə tələbat artıb.
2, 3 və 4 otaqlı mənzillərin qiymətlərinin həddindən artıq yüksək olması, nisbətən ucuz təklif edilən 1 otaqlı, kiçik kvadratlı evlərin satışını sürətləndirib.
Əmlak eksperti Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, hazırda mərkəzi ərazilərdə, yeni tikili binalarda 3 və 4 otaqlı mənzillərin qiyməti 250 min manatdan başlayaraq, ortalama 600-700 min manat arasında dəyişir.
Son illərdə əmlakların kreditlə satılması imkanlarının artması və güzəştli ipotekanın maksimum məbləğinin 100 min manat olması bu cür mənzillərin satışını artırıb.
O da bildirilib ki, artıq MTK-lar da kiçik həcmli mənzillərə tələbatın çoxluğu səbəbindən bina tikərkən buna xüsusi diqqət yetirir və nisbətən kiçik həcmli evlərin sayını artırırlar.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanlı aktyor oğluna təmtəraqlı toy etdi
"Bakılı oğlanlar" ŞHK komandasının üzvü, aktyor Emil Abbasovun övladının xeyir işi olub. BAKU.WS xəbər verir ki, o paytaxt restoranlarından birində oğlu Əli üç...
