"Birinin qıçını kəsiblər, o biri şəkər xəstəsidir" - Yüzlərlə sakini boğaza yığan problem
Naxçıvan şəhəri Qoçüstü məhəlləsində yerləşən çoxmərtəbəli binada yaşayan sakinlər liftlərin işləməməsindən şikayətçidirlər.
Onlar liftlərdə aparılan təmir işlərinin ləng getdiyini söyləyərək, hər gün çətinliklə üz-üzə qaldıqlarını deyirlər.
546 nəfərin yaşadığı binanın sakinləri problemin tezliklə həll olunmasını istəyirlər.
"Hamımız xəstəyik. Biri şəkərdir, o birinin ayağı kəsilib. Əməliyyat olunmuş qadın var, həkimə gedə bilmir. Ürəyi xəstə olan qonşu evinə çıxıb-düşməkdə çətinlik çəkir", - deyə sakin Firavan Qurbanova narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Sabah da Bakıya yağış yağacaq? - Proqnoz
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə bəzi...