Bir sıra ərazilərə yağış, Murovdağ yüksəkliyinə qar yağıb - FAKTİKİ HAVA
Saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.
Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Direktor müavini: Bu gün hər birimizi narahat edən dini xurafatın mövcudluğudur
"Bu gün hər birimizi narahat edən dini xurafatın mövcudluğudur". BAKU.WS xəbər verir ki, bunu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçi...