Bəşir Səfəroğlu küçəsində yol düz salınmayıb? – RƏSMİ AÇIQLAMA
“Bəşir Səfəroğlu küçəsi təmir olunur. Hansısa qurumuş beyinin ideyası ilə 5 metr piyada səkisi, 3 metr də yol saxlayırlar. Sonra da deyəcəklər, tıxac nədən baş verir?”.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Elməddin Muradlı sosial şəbəkələrdə bildirib. Jurnalist “Facebook” səhifəsində ərazinin fotosunu da paylaşıb. Məsələ bir çox insan tərəfindən tənqid olunub.
Rəsmi qurumlar isə burada qeyri-adi heç nə olmadığını bildirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında vurğulayıb ki, Bəşir Səfəroğlu küçəsinin yenidən qurulması işləri aparılır.
“Ümumiyyələ bu küçə Bakıdakı bir çox yollar kimi Sovet dövründə inşa olunub. Həmin yol salınarkən, orada piyada səkiləri olub.
İllər keçdikcə, maşınlar artdıqca, bəzi sürücülər avtomobillərini piyada səkilərinin üstündə park etməyə başladılar.
Nəticədə piyadalar və orada yaşayan əhalinin gediş-gəlişi mümkün olmadı. Piyadalar məcbur olub maşın yolu ilə hərəkət edirdilər. Hətta bəziləri piyada səkisini zəncirləyirdilər ki, bura mənim yerimdir. Burada mən maşın saxlayacağam.
Yol yenidən qurularkən həm piyada, həm də sürücülər nəzərə alındı. Deyildiyi kimi piyada səkisi 5 metr yox, 2 metrdir. Piyadaları nəzərə almırdılar. Bu da normaldır.
Yol birtərəfli hərəkətlidir. Burada piyada səkilərinin olması vacib idi.
Əgər orada piyada səkisi olmasa, onda vətəndaşlar normal hərəkət edə bilməz. Avtomobillər evlərin, pəncərələrin altından keçər. Bu da düzgün deyil.
Bu anormal deyil. Hazırda çəkilən yol müasir yo infrastrukturunun tərkibidir. İndi hansısa sürücülər bundan narazılıq edəcəklər ki, maşın saxlamağa yer yoxdur”, - deyə A.Nəcəfli bildirib.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı (FOTO)
Bakıda nəhəng piyada keçidi inşa edilir.BAKU.WS-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Tre...