Bir ay ərzində sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarıllıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat оlan qaçaqmal, о cümlədən "Astra" markalı tapançaya məxsus daraqla birlikdə 17 ədəd patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
Oxşar xəbərlər
Əksər yerlərdə yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hid...
