Bir atanın köməyinizə ehtiyacı var!

Bir atanın köməyinizə ehtiyacı var!
Sosial 1272

"3 gün əvvəl ad günü idi, dedim "sağalacaqsan, gələn illərdə də əvvəlki illərdəki kimi həyətdə oturub, bişiriləndən yeyib, içib, deyib, gülüb, bizimlə olduğun üçün şükür edəcik".

BAKU.WS məlumat verir ki, bunu Cahandar Əziz adlı gənc Facebook hesabında yazıb. O atasının səhətinin pisləşdiyini və köməyə ehtiyacı olduğunu bildirib:

"May ayının 18-də atam ağır infarkt oldu və çox çətinliklə də olsa keçirə bildi. İki il yarım əvvəl də ürəyi pisləşmişdi və bir dəfə də yüngül infarkt keçirdiyi ortaya çıxdı. Ürəyinə gedən damarlar tıxanıb, bunun üçün stend qoyulmalıdı. Amma vəziyyəti o qədər ağır idi ki, heç anju da eləyə bilməmişdilər. Sadəcə 19 günlük müalicədən sonra evə buraxmışdılar. 

Cəmi 3 gün sonra, iyun ayının 8-də isə ürək döyüntülərinin sayı artdı, ürək aritmiyası (ürəkdə ritmin pozulması) diaqnozu ilə xəstəxanaya çatdırılıb, ritmi normala qaytarıldı. Amma hələ də hər an ritmi pozula bilər, buna görə də xəstəxanada nəzarətdə saxlanılır. Normal həyata qayıtması üçün xüsusi tənzimləyici cihaz (implantat kardioverzion-defibrilyator) lazımdı. Cihazın ayın 22-də qoyulması planlanır, gecikdirildiyi hər an risk daha da artır. Əməliyyatdan sonra bir həftə istirahət etməlidi, sonra stend qoymaq mümkündü".

Ürəyə stend və cihaz qoyulması böyük məbləğdə pul tələb edilir. Stend 8.000, cihaz isə 13.000 manata başa gəlir, ümumilikdə 21.000 manat lazımdı.

Cahandar bildirib ki, pulun bir hissəsini çətinliklə olsa da tapıblar, ancaq kifayət qədər deyil:

"Banklar kredit vermir, artıq əlimizdə satılası düz əməlli bir şey qalmayıb. Sizdən istəyim, hər kəsin gücü çatdığı qədər kömək etməsidi. Nə edə bildiyinizin fərqi yoxdu, edib-etmədiyinizin fərqi var. 

Cahandarın atasına kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

MilliÖn'dən göndərmək üçün Portmanat hesabı: 994773426080

Hesab detalları isə belədir:

Azərbaycan Beynəlxalq Bankı

Musayev Cahandar Fəxrəddin

AZ92IBAZ33881019442247146207

BAKU.WS

Son xəbərlər