Bir ailədə 3 general-leytenant
22
avq
2019
11:44
Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, Sabir Nağıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir.Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı.Yeri gəlmişkən, Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.Maraqlıdır ki, bugünkü sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək. O da maraqlıdır ki, Vəli Nağıyev də Əli Nağıyev kimi ilk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb.
Oxşar xəbərlər
Prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin iki hərbi qulluqçusuna rütbə verdi
Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Bəhlul...