Binəqədi rayonunda nə baş verir? - Qanunsuz tikililərlə bağlı...

Binəqədi rayonunda nə baş verir? - Qanunsuz tikililərlə bağlı...
Foto Video
Sosial 316

"Binəqədi rayonu, Zəngəzur küçəsində yaşanan ciddi problem barədə məlumat vermək istəyirik. Artıq 7 gündür ki, bu ərazidə su yoxdur".

Bu barədə həmin küçədə yaşayan Fatimə Hafizova adlı vətəndaş BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib. Onun sözlərinə görə, dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə 955 saylı Çağrı Mərkəzinə müraciət eedilib.

"Hər dəfə "qəza var, bu gün düzələcək" deyərək bizi yola verirlər. Lakin nə su verilir, nə də problemin aradan qaldırılması üçün real iş görülür", - deyə şikayətçi bildirib.

Məsələni araşdırmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, vəziyyət heç də şikayətçilərin dediyi kimi deyil.

"Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır.

Belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. 14.07.2025-cil tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə 955 saylı Çağrı Mərkəzindən daxil olan məlumat əsasında hadisə yerinə gedən qəza xidməti qəzanın Kür-1 magistral su kəmərininin üzərində tikilən vətəndaşa məxsus həyatıyanı sahədə evlə mühafizə hasarının arasında baş verdiyini aşkarlayıb".

Problemin aradan qaldırılması üçün dərhal qurum əməkdaşları işə başlayıblar. Lakin ərazilərdəki qanunsuz tikililər belə problemlərin yaranmasına və həllində çətinliklərin meydana gəlməsinə səbəb olur:

"Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılmış,  xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun içərisində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır. Buna baxmayaraq magistral xətdə baş verən qəza Xidmətin əməkdaşlarının səyi nəticəsində cəmi 1 gün ərzində aradan qaldırılıb.

Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması su təchizatının idarə olunmasına ciddi əngəllər yaradır. Belə tikililər infrastrukturun sıradan çıxmasına səbəb olur".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla b...

104 Sosial 23:07 16 iyul 2025

Son xəbərlər