Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir"
Binə qəsəbəsi, 179-cu küçə adlanan ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sakinlərdən birinin sözlərinə görə, yaşayış məntəqəsinə yollardakı vəziyyətlə bağlı nə taksi, nə də təcili yardım gedir.
"Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Bizim əks-küçəyə asfalt çəkilib. Bir bu yol qalıb", - deyə digər sakin qeyd edib.
Xəzər Rayon İcra Hakimiyyətindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunanlarla əlaqədar Binə qəsəbəsi, 179-cu küçəsi də daxil olmaqla qəsəbə ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin dövlət investisiya proqramına əlavə olunması üçün müvafiq məlumatlar hazırlanıb və 15 aprel 2025-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Yuxunun bədən çəkisinə təsiri - Həkimdən XƏBƏRDARLIQ
Kifayət qədər yuxu insanın bədən çəkisini tənzimləməsində qidalanma və fiziki aktivlik qədər vacib rol oynayır. BAKU.WS xəbər verir ki, bu barədə həkim-ekspert...