Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq?

Bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinin əks olunduğu lövhə götürülmüşdü.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.
Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq:
"Bina müasir üslubda əsaslı təmir edilib. Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq ornamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq".
Qalereya
Oxşar xəbərlər
"Əylənib istirahət edirik də..." - Gecə vaxtı dənizdə özlərini təhlükəyə atanlar
Gecə saatlarında dənizdə çimən vətəndaşlar öz həyatlarını təhlükəyə atıb. BAKU.WS xəbər verir ki, Baku TV bu barədə sujet hazırlayıb. Bildirilib ki, dənizdə, ç...