Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonu Ağayrı kəndinin daxili yolları uzun müddət təmir olunmadığı üçün yararsız vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Muğan bürosuna kənd sakinləri bildiriiblər.
Onların sözlərinə görə, payız-qış aylarında yağıntılar nəticəsində palçıqdan keçilməz olan yolları yay mövsümündə toz-duman bürüyür. Bu səbəbdən, yoldan istifadə həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi çətinliklər yaradır. Bundan ən çox əziyyət çəkənlər isə hər gün məktəbə gedib-gəlməli olan şagirdlərdir. Yolun əlverişsizliyi nəqliyyat vasitələrinin tez-tez xarab olmasını, bununla da sürücülərin əlavə xərcə düşmələrini qaçılmaz edir.
Məsələ ilə bağlı Ağayrı kənd Bələdiyyəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, problemin həlli istiqamətində işlər planlaşdırılıb. Qeyd olunub ki, kənddaxili yolların ümumi uzunluğu təqribən 15 kilometrdir və təmirə ehtiyacı olan hissələr yaxın vaxtlarda qreyderlənəcək. Daha sonra həmin yollara qum-çınqıl örtüyünün döşənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Biləsuvarın rayon mərkəzindən 10 km məsafədə yerləşən Ağayrı kəndinin əhalisi 4 min nəfərdən çoxdur.
Qalereya
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...