Biləcəridə sakinlər istifadəsiz taksi dayanacağından şikayətləndilər
Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 A ünvanında quraşdırılan istifadəsiz taksi dayanacağı yolun kənarında fəaliyyət göstərən obyekt sahiblərinə problem yaradır.
Sahibkarların sözlərinə görə, "taksi dayanacağı" nişanından sonra yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimə yazılır.
"Nişan beş il əvvəl quraşdırılıb. Bu ərazi taksi dayanacağı üçün əlverişli yer deyil. Burada taksinin dayandığını görməmişik. Müştəri gələn kimi 40 manat cərimə olunur. Dəfələrlə belə hal olub. Nə sifariş götürə, nə də mal sata bilirik", - şikayətçilər narazılıq bildiriblər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
"Ömrümdə ilk dəfə bu qədər pul görmüşdüm" - Xırdalanda mənzil arzusu kabusa çevrildi
Qusar rayon sakini Xırdalan şəhərində mənzil sahibi olmaq istəyərkən tanışı vasitəsilə İrşad adlı şəxslə əlaqə yaradıb və evin tikilməsi üçün ona 29 min manat p...