Biləcəridə 10 gündür küçəyə su axır – Sakinlərdən ŞİKAYƏT

Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində artıq 10 gündür ki, küçəyə su axır.
Məlumata görə, problem asfalt örtüyünün altında borunun partlaması nəticəsində yaranıb.
Sakinlər bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də həllini tapmayıb.
"Bilmirik, nə suyudur. Maşınlar keçəndə narahat oluruq, üstümüzə sıçramasın deyə ehtiyat edirik", - sakin deyib.
Problemin kökünü araşdırmaq üçün Baku TV İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində baş verən qəza ilə bağlı ərazidə ilkin monitorinq keçirilib:
"Su xəttində mövcud problemin aradan qaldırılması istiqamətində asfalt örtüyünün qazılması üçün müvafiq quruma icazə ünvanlanıb. Məsələ Binəqədi Rayon Sukanal İdarəsinin diqqətindədir, müvafiq işlər görüləcək".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Metro ilə bağlı sərnişinləri SEVİNDİRƏCƏK YENİLİKLƏR
"Metro ilə bağlı konseptual plan var və bu da Bakının Baş planına uzlaşdırılıb. Dövlətin 2025-2030-cu il ərzində metroda yeni xətlərin tikintisi, xətlərin ayrıl...
