Biləcəri parkında ağaclar kütləvi kəsilib?

Biləcəri parkında ağaclar kütləvi kəsilib?
Foto Video
Sosial 99

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağacları kütləvi şəkildə məhv edirlər.

Bu barədə qəsəbə sakinləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, X. Natavan küçəsi ərazisində yolboyu yaşıllıq ərazi qırılır. Orada yaşı azı 100 ildən artıq olan ağaclar qurudulur və kəsilir.

"Biz gözümüzü açanda həmin ağaclar var. Çox sıx əkilmişdi. Ağaclara xüsusi qulluq edilirdi. Sovet dövründən indiyə qədər Bakıda demək olar ki, yeganə yer idi ki, burada ağaclara toxunmurdular. İndi ağacları bilərəkdən qurudurlar. Bir çoxunu ya kökündən çıxarıblar, yaxud da kəsiblər, - deyə X.Abbasov adlı vətəndaş bildirib.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə ağacları budayıblar. Lakin ağacların kəsilməsi barədə heç bir söz deyilmədi.

Məsələni araşdırmaq üçün əraziyə baş çəkdik. Həqiqətən də bəzi ağaclar kəsilmişdi. Bir çox ağac isə qurumuşdu. Ərazidən çəkilən görüntüləri təqdim edirik:

Ziya SƏCCAD

Oxşar xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, Z...

196 Sosial 19:49 12 avqust 2025

Son xəbərlər