"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayan sakinlər yarımçıq qalan tikinti işlərindən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən bir-iki il əvvəl ərazidə tunelin çəkilməsi ilə bağlı işlərə başlanılsa da, ötən ilin dekabr ayından etibarən proses dayanıb.
Nəticədə qış aylarında palçıq, yayda isə toz-torpaq səbəbindən küçədə hərəkət çətinləşib.
"İşlər dayanıb, sonu da görünmür. Nə yolu rahat keçə bilirik, nə də pəncərələrimizi aça bilirik", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, dövlət proqramına uyğun olaraq yeni yolun inşası həyata keçirilir və sözügedən ərazi də layihənin tərkib hissəsidir.
Qeyd olunub ki, layihənin digər hissələri üzrə işlər davam etdirilir, həmin hissədə isə tikinti işlərinin yaxın vaxtlarda yenidən başlanılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakının bu rayonunda İŞIQ OLMYACAQ
Mayın 6-da Bakının Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Mə...