Bəzi yerlərdə yağış yağacaq- HAVA PROQNOZU

Bəzi yerlərdə yağış yağacaq- HAVA PROQNOZU
Sosial 175

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, sabah mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar xəbərlər

Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?

Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44A ünvanında yaşayan sakinlər binanın zirzəmisində çalışan zərgərlərin fəaliyyətindən narazıdırlar. Onların sözlərinə gö...

100 Sosial 23:53 10 dekabr 2025

Son xəbərlər