Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA
Sosial 94

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Rayonlarda düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...

28 Sosial 10:25 18 avqust 2026

Son xəbərlər