Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı
Beyləqan rayonu, Birinci Şahsevən kəndində fəaliyyət göstərən, Xəlil Hüseyn oğlu Allahverdiyevə məxsus kafedə plandankənar yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub, eləcə də bir sıra nöqsanlar aşkarlanıb.
İctimai iaşə obyektində qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emalı prosesində suyun filtrdən keçirilmədiyi, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, alət və avadanlıqların, soyuducu rəflərinin korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ
Yeni dərs ilinin başlamasına sayılı günlər qaldıqca məktəb hazırlıqları da sürətlənir. Valideynlərin alış-veriş siyahısında dəftər, qələm, çanta və digər ləvazi...