Bəxtiyar Hacıyevin şikayəti rədd edilib

Bəxtiyar Hacıyevin şikayəti rədd edilib
Sosial 109

Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə B.Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər