Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı ictimai yerlərdə bu xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bərdə RPŞ-nin keçirdiyi tədbirlər nəticəsində Vaqif Vəliyevin testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Əli Pirməmmədlinin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Hər iki şəxsin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Koronavirusa yoluxmuş şəxslərin çoxu evdə müalicə alır. BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası...