Bərdə və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar və Hacılar kəndlərinin, saat 14:00-dan işlər yekunlaşanadək Füzuli rayonunun Horadiz qəsəbəsində 15 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...