Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb
Sosial 52

Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılır.

"Təqvim Planı"nda namizədliyini irəli sürmək istəyən şəxslərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək müəyyən edilib. Beləliklə, bələdiyyəyə namizəd olmaq istəyənlər sənədlərini bu gün saat 18:00-a qədər təqdim edib başa çatdırıblar.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin olunub.

Oxşar xəbərlər

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil VERİLƏCƏK

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil VERİLƏCƏK

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat y...

41 Sosial 14:15 02 yanvar 2025

Son xəbərlər