BƏƏ şirkəti Cəbrayılda transformator istehsal edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yeni rezidenti tərəfindən transformator istehsalı layihəsi həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin "SENSEMI DMCC" şirkətinin Azərbaycandakı nümayəndəliyinə Agentliyin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidentliyi statusu verilib.
Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.
Qeyd edək ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...