BDYPİ: Yolu nəzərdə tutulmayan yerlərdən keçməyin
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, piyadavurma hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir: "Növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə təşkil olunub. Dövlət Yol Polisinin əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər",- deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Instagram-da anonim "Hekayə" baxışı ilə premium abunə istifadəyə verilə bilər
"Instagram" yeni ödənişli "Plus" abunəsini sınaqdan keçirir. Bu abunə "Hekayələr" bölməsinin imkanlarını genişləndirir və əlavə məxfilik, həmçinin analitika alə...