BDU-da bəzi ixtisaslarda dərs həftəsi 4 günə endirildi
Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.
BAKU.WS xəbər verir ki, BDU-nun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq dəyişiklik təsdiq edilib.
Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika" və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək.
"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika" ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib.
Oxşar xəbərlər
DİQQƏT! - Bu gün 8500 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikror...