Bazarlarda satılan xurmalarda xəstəlik var? - VİDEO

Bazarlarda satılan xurmalarda xəstəlik var? - VİDEO
Video
Sosial 1522
 

Ramazan ayı ərəfəsində sosial şəbəkələrdə yayılan xurma xəbərdarlığı narahatlığa səbəb olub.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bu günlərdə çoxlarının votsap nömrəsinə bu tərkibdə mesaj gəlir. Guya Səhiyyə Nazirliyi Ramazan ayının başlamnası münasibətilə xəbərdarlıq edir ki, xurma yeyərkən diqqətli olsunlar, çünki xurma ağacları kulunə adlı xəstəliyə yoluxub.

İnsanlara məsləhət görülür ki, xurmanı yeməzdən əvvəl yaxşı yumaq lazımdır. Həm də bu mesajı bütün möminlərə göndərmək xahiş olunur.

Ramazan ayı ərəfəsində belə bir mesajın yayılması təbii ki, insanları narahat edir. Çünki xurma bu ayda daha çox istehlak edilir. Ölkəyə gətirilən məhsulların keyfiyyətinə birbaşa nəzarət edən Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məsələyə münasibət öyrəndik. Xidmətin Respublika Karantin Ekspertiza Mərkəzinin direktoru Taleh Şəmiyev bildirir ki, ümumiyyətlə kulunə adlı xətəlik mövcud deyil.

Ölkəyə xurma idxal edən şəxslərlə də söhbətləşdik. Onlar da bildirdilər ki, ümumiyyətlə xurmalar arasında heç vaxt hansısa xəstəliyə rast gəlinməyib.

Bu arada hazırda bazarlarda bir sıra ölkələrdən gətirilən xurmaların qiymətləri ilə də maraqlandıq.

Beləliklə, xurma alacaq insanlar yayılan şayiələrdən narahat olmasın və belə mesajları başqalarına göndərməsin.

BAKU.WS

Oxşar xəbərlər

Ramazan ayının başlanma tarixi açıqlandı

Ramazan ayının başlanma tarixi açıqlandı

Azərbaycanda bu il Ramazan ayının başlanma tarixi məlum olub. BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, bu il Ramazan ayı...

3692 Şou-biznes 17:30 04 may 2017

Son xəbərlər