Bazarlarda dezinfeksiya işlərinə başlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusla bağlı Gəncənin bazarlarında dezinfeksiya tədbirlərinə başlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, ölkənin ikinci böyük şəhərinin ən iri meyvə tərəvəz bazarında profilaktit dezinfeksiya işləri aparılır.
Dezinfeksiya tədbirləri səhər saatlarında, daha dəqiq desək, bazar fəaliyyətə başlamamışdan öncə həyata keçirilir və məhz bundan sonra bazar fəaliyyətə başlayır. Profilaktik tədbirlər çərçivəsində bazarın bütün hissələri dezinfeksiya olunub. Piştaxtalar, burada çalışan satıcıların və çalışanların soyunma-geyinmə otaqları, kafe və digər iaşə obyektləri ərazidə fəaliyyət göstərən hotel kompleksi Almaniyadan gətirilən xüsusi məhlullarla tam dezinfeksiya olunub. Profilaktik tədbirlər həmçinin bazarın giriş çıxış hissələrində, avtomobil parkında da aparılıb. Koronavirusla bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərin mütəmmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...