Bayramda Bakı metrosu belə işləyəcək

Bayramda Bakı metrosu belə işləyəcək
Sosial 61

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək: "28 May-Əhmədli" sahəsində gün ərzində qatarlararası intervala əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

"Bənövşəyi" xətdə, həmçinin "Həzi Aslanov-Əhmədli" və "Cəfər Cabbarlı-Xətai" mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər".

Son xəbərlər