Bayram namazının vaxtı açıqlandı
Qurban bayramının namaz vaxtı açıqlanıb.
APA xəbər verir ki, QMİ-nin Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zil-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir.
"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа 6-7 iyun Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir", - fətvada bildirilir.
Oxşar xəbərlər
Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər
Azərbaycanda əməkhaqqının saatlıq hesablanması sisteminə keçid gözləniləndən daha tez reallaşa bilər. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı...