Bayram günlərində məhdudiyyət tətbiq olunacaqmı? - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Belə bir fikir səslənməyib ki, bayram günlərində mütləq məhdudiyyətlər olacaq”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Belə bir çağırış var, bayram günləri iş günü olmadığına, istirahət günü olduğuna görə imkan verir ki, həmin günlərdə maksimum özünütəcrid tələblərinə əməl edək. Bununla da yoluxmanın səviyyəsi artmasın. Lakin məhdudiyyətlərlə bağlı bu günə qədər belə bir qərar yoxdur”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə məsələyə belə münasibət bildirib:
“Türkiyədə bütün həftə boyunca bir rejim tətbiq olunur. Həftə sonu isə çox ciddi karantin rejimi tətbiq edilir. Ümumiyyətlə həmin günlərdə evdən çıxmaq qadağan olunur. Belə məsələ Türkiyədə praktikada var.
Statistik məlumatlardan asılı olaraq, bayram günlərində tətbiq oluna biləcək rejimlər müzakirə edilə bilər. Biz həkim olaraq bunu qeyd edirik. Əgər biz görsək ki, rəqəmlər çox ciddi şəkildə artır, ola bilər ki, bayram günlərində, həftə sonlarında rejim dəyişikliyi müzakirə olunsun”.
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...