Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Sosial 3

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın tempraturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18° isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dekabr ayı üçün hava proqnozu açıqlanıb

Dekabr ayı üçün hava proqnozu açıqlanıb

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarın...

16 Sosial 17:20 30 noyabr 2023

Son xəbərlər