Bayram günlərində elektrik qatarlarının iş qrafiki açıqlanıb

Bayram günlərində elektrik qatarlarının iş qrafiki açıqlanıb
Sosial 251

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün - şənbə və bazar günləri hərəkətdə olmayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq.

Məlumata əsasən, qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək.

Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

Son xəbərlər