Karantin bitəndən sonra nə yeniliklər gözlənilir? - Sərnişinlərə MÜJDƏ
Bildiyiniz kimi, karantin rejimi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarları məhdud sayda fəaliyyət göstərir.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətin intensivliyi bərpa olunduqdan sonra marşrut üzrə dairəvi hərəkət təmin ediləcək.
Qeyd edək ki, hazırda Bakı-Xırdalan-Sumqayıt-Bakı elektrik qatarları hər gün saat 17:30, 18:15 və 18:35-də Bakı Dəmir Yol stansiyasından yola düşür. Bakı-Biləcəri-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edir. Səhəri gün, müvafiq olaraq, 07:32, 07:50, 08:00 və 09:20-də həmin marşrut üzrə Sumqayıtdan geriyə qayıdır.
Bundan başqa, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.
Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarları hər gün saat 17:44-də və 18:45-də Bakı sərnişin stansiyasından yola düşür, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı, Sumqayıt istiqamətində hərəkətdə olur. Səhəri gün, müvafiq olaraq, 07:25, 07:40 və 09:15-də həmin marşrut üzrə geri qayıdır.
Karantin bitəndən sonra nə yeniliklər gözlənilir?
Qurumdan bildirilib ki, insan sağlamlığı, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ön planda olacaq:
"Fəaliyyətimiz Nazirlər kabinetinin, eləcə də Nazirlər kabineti yanında operativ qərargahın tələblərinə uyğun qurulacaq. Bu qaydaları ehtiva edəcək. Hər halda dəmir yollarında sərnişindaşımada hərəkət bərpa olduqdan sonra bununla bağlı, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyinin təmini məqsədilə xüsusi göstərişlər olacaq.
ADY QSC insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən və keçiriləcək butün tələbləri yerinə yetirməyə hazırdır.
Ara məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq.
Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir.
Biz də “Azərbaycan Dəmir Yolları” QSC olaraq sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...